Avqustun 28-də Dilicanda Ermənistan Respublikasının XI naziri Ararat Mirzoyanın rəhbərliyi ilə ER Xarici İşlər Nazirliyinin mərkəzi aparatının rəhbər heyəti və xaricdəki diplomatik nümayəndəliklərin rəhbərlərinin müzakirələri davam etdi.
Bu barədə ER XİN məlumat yayıb.
Ölkələr və beynəlxalq strukturlarla müxtəlif regional istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, yeni imkanların maksimum reallaşdırılması perspektivləri, bu məqsədlə artıq həyata keçirilən və mümkün yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.