Rusiya XİN sözçüsü Maria Zaxarova 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının fəaliyyətdə olduğunu vurğulayıb. O, bu sənədin əvvəlki kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını təşkil etdiyini vurğulayıb.
“Qeyd olunan razılaşmalar Bakı ilə Yerevan arasında münasibətlərin normallaşmasının bütün əsas treklərini, o cümlədən sülh müqaviləsinin işlənib-hazırlanmasını, sərhədlərin delimitasiya və demarkasiyasını, regionda kommunikasiyaların açılmasını, vətəndaş cəmiyyətləri arasında təmasların qurulmasını əhatə edir”.
Zaxarova əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə rəsmi danışıqlar zamanı və avqustun 23-də Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı bu mövzular ətraflı müzakirə olunub.
O qeyd edib ki, Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxicevanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.
“Üçtərəfli işçi qrupunda iş üçtərəfli razılaşmalar [Azərbaycan, Rusiya Federasiyası prezidentləri və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı] çərçivəsində həyata keçirilir”, - o bildirib.
M.Zaxarovanın sözlərinə görə, Moskvanın Bakı ilə Yerevan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi aydındır və hamıya yaxşı məlumdur.
“Biz müvafiq razılaşmaların əldə edilməsi, tərəflərin qarşılıqlı razılığı və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçirilməsi və bunun həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab verməsi mövqeyindən çıxış edirik”, – o əlavə edib.