Avqustun 29-da ER Prlamentinin spikeri Alen Simonyan Ermənistanda rəsmi səfərdə olan Şərqi Uruqvay Respublikasının Nümayəndələr Palatasının sədri Ana Oliveranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Alen Simonyan bu cür səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Ermənistan tərəfi Uruqvayın erməni xalqını narahat edən həssas mövzularda mövqeyini və onun mütəmadi dəstəyini yüksək qiymətləndirir.
Simonyan Ana Olivera Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesini təqdim edib, danışıqlar prosesi və “Sülh kəsişməsi” layihəsi haqqında bəzi təfərrüatlar verib. Ermənistan-Uruqvay münasibətləri və ikitərəfli maraq doğuran müxtəlif məsələlərə dair də fikir mübadiləsi aparılıb.
Uruqvay Nümayəndələr Palatasının sədri səmimi qəbula görə dərin minnətdarlığını bildirib və vurğulayıb ki, Uruqvay iki ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verir.