Diasporla iş üzrə komissarı Zareh Sinanyan Hindistanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinhanı qəbul edib.
Diasporla iş üzrə Baş Komissarının Aparatı xəbər verir ki, baş komissar qonağı salamlayarkən Hindistandakı erməni icmasının tarixi əhəmiyyətindən və icma ilə əməkdaşlıq məsələlərindən danışıb.
Söhbət zamanı Zareh Sinanyan Diasporla iş üzrə Baş Komissarının Aparatının əsas istiqamətlərini və proqramlarını həmsöhbətinə təqdim edib. Sentyabrın 17-20-də Yerevanda keçiriləcək Dünya Erməni Sammitinə ayrıca toxunulub.
Hindistanın ER-dəki səfiri öz növbəsində Hindistanın diaspor və xaricdə yaşayan həmvətənlərlə iş təcrübəsinə toxunub.
Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə edib, iki ölkənin diaspor məsələləri üzrə səlahiyyətli orqanları arasında çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi vurğulanıb.