Çərşənbə günü gecə Ukrayna silahlı qüvvələri Rostov vilayətində neft bazalarından birinə hücum edib, anbarda yanğın baş verib. Artıq onuncu gündür ki, yanğınsöndürənlər Rostov vilayətinin başqa bir bölgəsi olan Proletarskda neft anbarında baş verən yanğını söndürə bilmirlər.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna ordusu Rusiyanın növbəti hücumunu dayandırmaq üçün Qərbin verdiyi F-16 qırıcılarından istifadə edib.