“Aİ bu il oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərini diqqətlə izləyəcək, seçkilərin beynəlxalq standartlara cavab verməsini gözləyir, həmçinin xatırladır ki, demokratik institutlar və proseslər namizəd ölkənin parlamentə qoşulmağa hazırlığının qiymətləndirilməsində əsas rol oynayır” – Avropa İttifaqının nümayəndəsi bildirib.
O qeyd edib ki, Brüssel “baş nazirin və “Gürcü arzusu”nun digər rəsmilərinin bütün müxalifət partiyalarının fəaliyyətinin qadağan edilməsi ilə bağlı bəyanatlarından narahatdır”.
Avqustun 20-də hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası bəyanat yayıb ki, qarşıdan gələn parlament seçkilərində qalib gəlsə və qanunverici orqanda konstitusiya çoxluğunu əldə etsə, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasını konstitusiyaya zidd elan edəcək.