Avqustun 27-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ilə Sloveniya Respublikasının baş nazirinin müavini, xarici və Avropa işləri naziri Tanya Fayon arasında telefon danışığı olub. Bu barədə məlumatı ER XİN yayıb.
Tərəflər ikitərəfli əməkdaşlığın gündəliyi məsələlərinin təşviqi istiqamətində cari addımları müzakirə ediblər. Həyata keçirilən proqramlara da toxunulub.
Nazirlər qarşılıqlı maraq doğuran platformalarda səfərlərin və iştirakın davamlılığını təmin etmək məqsədilə fəal siyasi dialoq və təmasları davam etdirmək barədə razılığa gəliblər.