Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Moldova Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşo ilə telefon danışığı aparıb. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Həmsöhbətlər ikitərəfli münasibətlərin gündəliyində duran məsələləri müzakirə ediblər. Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunulub, iki departament arasında bu yaxınlarda keçirilən siyasi məsləhətləşmələr və onların davamlılığının vacibliyi vurğulanıb.
Ermənistan və Moldovanın xarici işlər nazirləri müxtəlif platformalarda əməkdaşlığın gündəliyini genişləndirmək, bu məqsədlə sektoral istiqamətlərdə qarşılıqlı səfərlər və təcrübə mübadiləsi aparmaq üçün qarşılıqlı hazır olduqlarını vurğulayıblar.