Azərbaycanın Neftçala şəhərində Olimpiya İdman Kompleksinin administrasiyası deputatlığa namizəd Tənzilə Rüstəmxanlının seçicilərlə görüşünə “Meydan” TV müstəqil onlayn nəşrinin jurnalistlərini buraxmayıb.
İdman kompleksinin nümayəndəsi jurnalistlərə bildirib ki, onlar "təxribatçıdırlar", "Azərbaycanın xarici düşmənləri üçün çalışırlar" və seçkiqabağı tədbirdə heç bir işləri yoxdur. “Meydan” TV-nin Facebook səhifəsində yayımlanan videodan belə məlum olur.
Tənzilə Rüstəmxanlı Neftçala rayonundan keçmiş deputat, yazıçı Sabir Rüstəmxanlının xanımıdır, "Azərbaycan-Türk Qadınlar Birliyi"nə rəhbərlik edir və həyat yoldaşının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.