ABŞ nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə Yerevan öldürücü silahlar tədarük etməyib. Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki, regionda sabitlik Ermənistanıa Azərbaycan arasında dayanıqlı sülhə nail olmaq ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.
Daha əvvəl Azərbaycan KİV-ləri öz mənbələrinə istinadən yazıb ki, Qərb dövlətləri, o cümlədən ABŞ üçüncü dövlətlərin köməyi ilə Yerevana öldürücü silahlar göndərir. Qeyd olunub ki, Fransa, Almaniya və ABŞ silahları İran vasitəsilə Ermənistana çatdırılıb.