İranın xarici işlər naziri Abbas Əraqçı erməni və azərbaycanlı həmkarları ilə telefon danışığı aparıb.
“Qafqaz İran üçün geosiyasi və strateji əhəmiyyətə malikdir. Tarixi, mədəni və coğrafi yaxınlıq bu region ölkələri ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini ikiqat artırıb”,- o X mikrobloqunda yazıb.