İsrailin baş naziri Binyamin Netanyahunun ofisi ölkənin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin sinaqoq tikmək imkanından danışmasından sonra Qüdsün Köhnə Şəhərdəki Məbəd dağında status-kvonun toxunulmazlığını bir daha təsdiqləyib.
İsrailin müdafiə naziri Yoav Qalant Ben-Qvirin Məbəd dağındakı status-kvoya etirazını "təhlükəli, lazımsız və məsuliyyətsiz" hərəkət adlandırıb. "Ben-Qvirin hərəkətləri İsrail Dövlətinin milli təhlükəsizliyini və beynəlxalq statusunu təhdid edir", - Müdafiə Nazirliyinin rəhbəri X-də yazıb.
Bundan əvvəl Ben Qvir demişdi ki, “istədiyini edə bilsəydi, çoxdan İsrail bayrağını Məbəd dağına qoyardı və orada sinaqoq tikərdi”.
Status-kvoya görə, Məbəd dağında yalnız müsəlmanların namaz qılmaq hüququ var və yəhudilər orada dini mərasimlər keçirmədən yalnız kompleksi ziyarət edə bilərlər.