Avqustun 23-də beynəlxalq reytinq təşkilatı S&P Global Ratings Ermənistanın BB-/B səviyyəsində dəyişməz qalan suveren reytinqini dərc edib. Bu barədə Mərkəzi Təhqiqatlar Bürosu məlumat yayıb.
Reytinqin “stabil” proqnoz reytinqi də saxlanılıb.
Ermənistanın reytinqi aşağıdakı amillərlə məhdudlaşır: ölkənin zəif, lakin getdikcə təkmilləşən institusional bazası, adambaşına düşən gəlirin orta səviyyəsi, tədiyyə balansı və fiskal zəifliklər, həmçinin geosiyasi risklərin mövcudluğu.
Reytinqlərə Ermənistanın güclü iqtisadi artım proqnozu, dövlət borcunun mülayim səviyyəsi, rəsmi xarici maliyyələşdirməyə çıxış imkanları və çoxsaylı xarici şoklar şəraitində iqtisadi və maliyyə sabitliyini qoruyub saxlayan ehtiyatlı siyasət çərçivəsi müsbət təsir göstərir.