İranın xarici işlər naziri Abbas Əraqçi Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri Stefan Sejurne və David Lami ilə telefon danışığı aparıb.
İRNA agentliyinin məlumatına görə, o bildirib ki, İran HƏMAS-ın Tehrandakı siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə İsraildən qisas almaq niyyətindən əl çəkməyəcək. Onun sözlərinə görə, Tehranın buna “mütləq haqqı” var.
İranın xarici işlər naziri İsrailin hərəkətlərini İranın təhlükəsizliyi və suverenliyinin bağışlanmaz pozulması kimi qiymətləndirib və Tehranın "təcavüzkarı cəzalandırmaq hüququna malik olduğunu" təsdiqləyib.