Avqustun 23-də ER xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan etimadnaməsinin surətinin təqdim olunması münasibətilə Niderland Krallığının Ermənistan Respublikasındakı səfiri xanım Marike Harriet Monro-Vinteri qəbul edib. Bu barədə ER XİN məlumat yayıb.
Səfiri təbrik edən nazir müavini ümidvar olduğunu bildirib ki, səfir iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün missiyası zamanı maksimum səy göstərəcək.
Görüşdə siyasi dialoqun dərinləşdirilməsi, ticarət-iqtisadi və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Parlament əməkdaşlığının dərinləşməsinin vacibliyi vurğulanıb.
Bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.