Avqustun 23-də ER müdafiə naziri Suren Papikyan Fransanın ER-dəki fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinini qəbul edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı kursu və qarşıda duran proqramlar, xüsusilə ER Silahlı Qüvvələrində aparılan islahatlar və onlar çərçivəsində Fransa ilə əməkdaşlıq proqramları ilə bağlı məsələlər müzakirə olunub.