Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Rusiya prezidenti Ermənistanın baş nazirinə ötən həftə Azərbaycana səfərinin təəssüratları barədə məlumat verib və buna görə baş nazir Paşinyan prezident Putinə təşəkkür edib.
Həmsöhbətlər Ermənistan-Rusiya ikitərəfli gündəliyinin məsələlərini müzakirə etmək üçün mümkün fürsətdə görüşmək barədə razılığa gəliblər.