Ermənistanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Lilit Makunts ABŞ-dakı erməni icması, konsulluq korpusu və Çikaqodakı erməni tələbələrlə görüşlər keçirib.
Makunts özünün X mikrobloqunda qeyd edib: "Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini təqdim etmək, Ermənistanın ehtiyaclarını və çağırışlarını müzakirə etmək mənim üçün şərəf idi".