Ukrayna prezidenti Kiyevdə Hindistanın baş nazirini qəbul edib. Ukrayna tərəfinin məlumatına görə, Vladimir Zelenski və Narendra Modi müharibə zamanı həlak olan uşaqların xatirəsini ehtiramla yad ediblər.
Ukrayna tərəfi bildirir ki, Kiyev və Yeni Dehli arasında iqtisadiyyat, mədəniyyət, kənd təsərrüfatı və narkotiklərin dövriyyəsinə nəzarət sahələrində dörd sənəd imzalanıb.
Rəsmi danışıqlardan əvvəl Narendra Modi Vladimir Zelenski ilə görüşü səbirsizliklə gözlədiyini və ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələrin davam etdiriləcəyini bildirib. O qeyd edib ki, Rusiya-Ukrayna sülh yolu ilə nizamlanması gündəmdəki mühüm məsələlərdən biridir.
İyulun əvvəlində Modi Moskvaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb. O, bəyan etmişdi ki, Yeni Dehli sülh yolunda tərəflərə istənilən dəstəyi verməyə hazırdır. Modi həm Ukraynanın, həm də Rusiyanın danışıqlarda iştirak etməli olduğunu vurğulayıb.