ABŞ-ın vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasının ABŞ prezidentliyinə namizədi kimi rəsmən təsdiqlənib.
Harris Çikaqoda çıxış edib və Ukraynaya yardımı davam etdirəcəyinə söz verib. O qeyd edib ki, Kiyevi dəstəkləmək üçün 50-dən çox ölkənin qüvvələrini birləşdirməyə səy göstərib.
O Qəzza zolağında baş verənlərə da toxunub. O qeyd edib ki, Ağ Ev hər gün Qəzza zolağında atəşkəsin yaradılması və HƏMAS-ın əsir götürdüyü girovların qaytarılması üçün çalışır.