İsrailin baş naziri Benyamin Netanyahu ölkənin şimalındakı hərbi hava qüvvələri bazasına baş çəkib. O bəyan edib ki, İsrail həm müdafiə, həm də hücum baxımından istənilən ssenariyə hazırdır.
Ölkənin müdafiə ordusundan da bildirilib ki, İsrail hərbi aviasiyası Livanın cənub bölgələrində "Hizbullah" hərəkatının hərbi obyektlərinə zərbələr endirib.
Daha əvvəl Ağ Ev bəyanat yayıb ki, ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı Qəzza zolağında Fələstinin Həmas hərəkatı ilə atəşkəs əldə etməyin vacibliyini vurğulayıb.