“Lukaşenko həm belarus, həm də erməni xalqına xəyanət edib”.
Bunu belaruslu siyasətçi, 2020-ci il seçkilərində Belarus prezidentliyinə namizəd olan Svetlana Tixanovskaya deyib.
“Biz Lukaşenkonun Ermənistana və erməni xalqına qarşı hədsiz təhqirlərini qətiyyətlə pisləyirik. O diktator, Kremlin maraqlarından çıxış edərək həm belarus, həm də erməni xalqına xəyanət edib. Biz Ermənistanla əlaqələrimizi gücləndirməyə çalışırıq”, – deyə Tixanovskaya vurğulayıb.
Avropa Parlamentinin deputatı Natali Loiseau da Lukaşenkonun fikirlərini tənqid edib və Fransanın Ermənistana dəstəyinin heç vaxt dayanmayacağını açıqlayıb.