ER xarici işlər naziri Ararat Mirzoyan X səhifəsində İranın xarici işlər nazirini təyinatı münasibətilə təbrik edib.
“Mən cənab Abbas Araqçini İranın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edirəm. İki dost xalqımız və qonşu ölkələrimiz arasında möhkəm əlaqələri daha da genişləndirmək üçün sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Sizə yeni vəzifənizdə uğurlar arzulayıram”, - deyə o yazıb.