Azərbaycan hökuməti Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində jurnalistlərə qarşı repressiyaları gücləndirdiyi bir vaxtda Avropa Jurnalistlər Federasiyası (EFJ) beynəlxalq ictimaiyyəti Azərbaycanda haqsız yerə həbsdə olan 23 jurnalist və media işçisini azad etmək üçün hakimiyyətə təzyiqləri artırmağa çağırır.
Bu barədə Avropa Jurnalistlər Federasiyasının bəyanatında deyilir.
COP29 kimi tanınan BMT-nin İqlim Dəyişikliyi Konfransına Azərbaycan hökuməti ev sahibliyi edir. COP29 11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçiriləcək. Bu beynəlxalq konfrans ərəfəsində EFJ Almaniyanın Bonn şəhərində yerləşən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) katibliyini bütün ev sahibləri də daxil olmaqla, təmin etməyə çağırır.
Sənəddə Azərbaycana beynəlxalq insan haqları qanunlarına əməl etmək və COP29-dan jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına senzura qoymaq üçün bəhanə kimi istifadə etməmək çağırışı yer alır.
“Avropa Şurasının Jurnalistikanın Müdafiəsi Platforması Azərbaycanda sırf işini yerinə yetirdiyinə görə 23 jurnalistin həbs edilməsi faktını sənədləşdirib. Onların arasında “Abzas Media”nın altı əməkdaşı var: Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı və Elnarə Qasımova. Azərbaycan hökumətinin repressiv qəzəbi onun hüdudlarından kənarda da özünü göstərir, bunu müstəqil jurnalist Əfqan Sadıqova qarşı Gürcüstanda başlanmış ekstradisiya prosesi nümayiş etdirir”, deyə sənəddə qeyd edilir.
“Biz bu müstəqil media orqanının 6 jurnalistinin azad edilməsi tələbi ilə yeni başlayan #AzadAbzasJurnalistləri kampaniyasını açıq şəkildə dəstəkləyirik, eyni zamanda Azərbaycanda haqsız yerə həbsdə olan digər 17 media işçisinin də dərhal azadlığa buraxılmasını tələb edirik. Əfqan Sadıqovu azad etmək üçün Gürcüstana müraciət edin”, deyə EFJ-nin baş katibi Rikardo Qutierrez təkid edir.
Avropa Jurnalistlər Federasiyası hesab edir ki, COP29-da iştirak edən beynəlxalq nümayəndə heyətləri məhbus jurnalistlərlə həmrəy olduqlarını açıq şəkildə ifadə etməlidirlər.
“Onlar repressiyalarına rejimin ayrı-seçkilik etmədən şərik ola bilməzlər”, deyə bəyanatda bildirilir.
Sənəddə həmçinin xatırladılır ki, 2024-cü ilin aprelində Avropa Parlamenti Azərbaycanda “bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını” və “Aİ-nin insan haqları ilə bağlı qlobal sanksiya rejimi çərçivəsində ciddi insan hüquqları pozuntularına yol vermiş Azərbaycan məmurlarına qarşı sanksiyaların tətbiq edilməsini” tələb edən təcili qətnamə qəbul edib.
“EFJ hesab edir ki, sözdən əmələ keçməyin vaxtıdır”, deyə bəyanatda qeyd edilir.