ABŞ-nin Demokratlar Partiyasının nümayəndələri ölkənin indiki vitse-prezidenti Kamala Harrisin prezidentliyə namizəd statusunu təsdiqləyiblər. Demokratlar partiyasının Çikaqoda keçirilən Milli qurultayında Kamala Harrisə belə etimad göstərilib.
“Namizədləriniz olmaq bizim üçün böyük şərəfdir. Bu kampaniya xalqın gücünə əsaslanır və biz birlikdə irəliyə doğru yeni bir yol açacağıq”, – Viskonsindən videoəlaqə vasitəsi ilə qurultayda çıxış edən Kamala Harris deyib.
Kamala Harris və onun vitse-prezidentliyə namizədi Minnesota qubernatoru Tim Uolts avqustun əvvəlində onlayn səsvermədə səslərin əksəriyyətini qazanaraq Demokratlar Partiyasının rəsmi namizədləri olublar.
Onların namizədliyini təsdiqləyən Demokratlar Partiyasının Milli qurulatayı avqustun 19-22-də Çikaqoda keçirilir. Qurultayın son günündə Kamala Harris çıxış edəcək.