Ermənistanda meymunçiçəyi xəstəliyi qeydə alınmayıb. Bu barədə ER Səhiyyə Nazirliyi məlumat yayıb.
“Bizim rayon bu xəstəlik üçün aşağı risk zonasıdır.
2024-cü ilin ilk 6 ayında 5199 təsdiqlənmiş qlobal meymunçiçəyi hallarının 36 faizi Afrika ölkələrində, 95 faizi Konqo Demokratik Respublikasında qeydə alınıb.
Xəstəlik həm insandan insana (əsasən cinsi yolla), həm də heyvanlardan yoluxma nəticəsində keçir”, - deyə məlumatda bildirilir.