Rusiyanın TASS agentliyi “Antikontrafakt” Beynəlxalq Assosiasiyası ilə Konyak, Alkoqol və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının birgə araşdırmasına istinadən yazıb ki, guya Rusiya mağazalarında satılan erməni konyaklarının təxminən 90%-i təhlükəlidir, məhsulların yarısının tərkibində alkoqolsuz spirt var.
Agentliyin nəşrində qeyd olunur ki, araşdırmaların aparılması üçün Rusiya mağazalarından Ermənistanın on ən böyük istehsalçısından 20-dən çox brendin 200 konyak nümunəsi alınıb. Bildirilir ki, onlardan 177-də, yəni 89 faizində qanun pozuntuları aşkar edilib.
Həmçinin qeyd olunur ki, “Antikontfakt” assosiasiyası Rusiya Federasiyasının Baş Prokurorluğuna, Federal Gömrük Xidmətinə və “Rosalkoholtabakkontrol”a ərizələr göndərərək, Ermənistan Respublikasından idxal olunan alkoqollu məhsullara əlavə nəzarət tədbirlərinin görülməsini xahiş edib.
ER Qida Təhlükəsizliyi Müfəttişliyindən (QTM) “Lurer”ə bildirilib ki, bununla bağlı hələlik rəsmi məktub almayıblar.