ER təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və ABŞ-ın ER-dəki səfiri Kristina Kuin rəsmi şəxslər, Şirak bölgəsinj və Anipemza qəsəbəsinin nümayəndələri ilə birlikdə Yereruykdakı tarixi Bazilika Katedralini ziyarət ediblər.
Burada ABŞ səfirinin Mədəni Dəyərlərin Qorunması üzrə fondubun tərəfindən verilən 175.000 ABŞ dolkatı ilə konservasiya işləri həyata keçirilir. Bu barədə Təhsil və Mədəniyyət Nazirliyindən məlumat verilib.
Səfər ABŞ-ın Ermənistanın zəngin tarixi və mədəni irsinin qorunub saxlanılması və bərpasına dəstək vermək öhdəliyini vurğuladı.
Nazir Janna Ermənistanın mədəni irsinin nadir qurumlarının biri olan, həmçinin YUNESKO-nun Ümumdünya Mədəni İrsinin ilkin siyahısına daxil edilmiş Yereruyk kilsəsinib qorunub saxlanmasına imkan verən dəstəyi vurğuladı.
“Matenadaran” Mesrop Maştots adına Qədim Əlyazmalar Elmi Tədqiqat İnstitutu ilə birgə həyata keçirilməsi planlaşdırılan Dağlıq Qarabağ əlyazmalarının qorunub saxlanmasına dəstək proqramını da əhəmiyyət verirəm. Əminəm ki, sıx və səmərəli əməkdaşlıq davamlı olacaq”, - nazir bildirib.
“Mədəni mühafizə sahəsində əməkdaşlığımız iki dövlətimiz arasında güclü əməkdaşlıqdan xəbər verir. Biz birlikdə tarixi qoruyur və qarşılıqlı anlaşma və hörməti təbliğ edirik”, - səfir vurğulayıb.
Yereruykdə səfir Kuin Dağlıq Qarabağın qədim erməni monastırlarında yaradılmış nadir əlyazmaların və arxiv sənədlərinin mühafizəsi üçün Matenadarana 74 min ABŞ dolları ayıran ABŞ səfirinin Mədəni Qoruma Fondunun yeni proqramını elan edib.
ABŞ səfirinin Mədəni Dəyərlərin Qorunması Fondu tərəfindən Ermənistanda 2005-ci ildən bəri indiyədək 15 mədəni mühafizə layihəsi həyata keçirilib.