Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində 92 yaşayış məntəqəsinə nəzarət edir.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski diplomatik nümayəndəliklərin rəhbərlərinin görüşündə deyib.
O qeyd edib ki, Ukraynanın nəzarət etdiyi ərazinin ümumi sahəsi 1250 kvadrat kilometrdən çoxdur.
"Mövqelərimiz gücləndirilir, müəyyən edilmiş ərazilər sabitləşdirilir və Ukrayna üçün mübadilə fondu doldurulur”, - Zelenski deyib.