KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çərçivəsində Ermənistan qarşısında öhdəliklər dəyişməz olaraq qalır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan deyib.
Onun sözlərinə görə, respublikanın sabitliyinin KTMT və Rusiya Federasiyasından başqa alternativ təminatçısı yoxdur.
Ağasandyan deyib ki, Yerevanda indi dominant xətt bu cür qarşılıqlı əlaqələrdən uzaqlaşmaqdır.
“Respublikanın sabitliyinin təminatçısı olan KTMT və Rusiyaya alternativ yoxdur. Təşkilat daxilində qarşılıqlı öhdəliklər dəyişməz olaraq qalır”, - deyə Rusiya XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktoru yekunlaşdırıb.