Fələstinin islamçı HƏMAS təşkilatı Qətərin paytaxtı Dohada müzakirə edilən İsraillə atəşkəs və girov mübadiləsinə dair son təklifi rədd edib.
HƏMAS bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu danışıqları pozmaq və Qəzzada münaqişəni uzatmaq üçün yeni şərtlər və tələblər irəli sürür.
Bəyanatda deyilir: “Biz Netanyahunu vasitəçilərin səylərinin qarşısını almaq və razılaşmanın əldə olunmasının qarşısını almaq üçün tam məsuliyyət daşıdığını bəyan edirik”.
İsrailin “Kan” telekanalını məlumatında da bildirilib ki, Netanyahu nazirlərinə HƏMAS-la razılaşma şansının aşağı olduğunu deyib.