Azərbaycan Müdafiə Nazirliyinin avqustun 18-də saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən sərhəd zonasının cənub-qərb hissəsində yerləşən Azərbaycan mövqelərinin atəşə tutulması ilə bağlı yaydığı məlumat həqiqətə uygun deyil. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Ermənistan Respublikasının baş nazirinin aparatı atəşkəsin pozulması hallarının və/və ya bu barədə məlumatların araşdırılması üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib.