Avqustun 16-da müdafiə naziri Suren Papikyanın müşayiəti ilə nazirlikdə akkreditə olunmuş KİV nümayəndələri sərhəd və arxa mühafizə məntəqələrində aparılan işlərin gedişi ilə tanış olmaq üçün sərhəd zonasına səfər ediblər.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə naziri görülən işlərin təfərrüatlarını təqdim edib, daha sonra KİV nümayəndələrinin suallarını cavablandırıb.