Avropa İttifaqının Gürcüstandakı missiyasının rəhbəri Bettina Patrisiya Buqani Cənubi Osetiyanın inzibati sərhədində patrul apararkən Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının rəhbəri Markus Ritteri qəbul edib.
Bu barədə Aİ-nin Gürcüstandakı missiyası məlumat yayıb.
Missiya X mikrobloqunda deyilir: "Müşahidəçilərimiz öz işləri haqqında danışdılar, həmçinin təhlükəsizlik və humanitar vəziyyətlə bağlı yenilikləri təqdim etdilər".