ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris və onun rəqibi keçmiş prezident Respublikaçı Donald Tramp oktyabrda teledebatın ikinci turunu keçirəcəklər. Bu barədə Harrisin seçki kampaniyasının kommunikasiya direktoru Maykl Tayler bildirib.
Harris və Tramp sentyabrda Pensilvaniya və Miçiqan ştatlarında debatların ilk raundunun keçirilməsi barədə razılığa gəliblər.
"Əgər Donald Tramp sentyabrın 10-da vitse-prezident Harrislə debatda iştirak etsə, qubernator Vals oktyabrın 1-də Jey de Vance ilə görüşəcək və Amerika xalqı vitse-prezidenti və Donald Trampı oktyabr debatında görmək şansı qazanacaq",- o deyib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib.