Rusiya prezidenti Vladimir Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olacaq. Bu barədə Kreml məlumat yayıb.
“Danışıqlar zamanı Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri, habelə aktual beynəlxalq və regional problemlər müzakirə olunacaq.
Səfərin yekunlarına əsasən, dövlət başçılarının Birgə Bəyanatının qəbul edilməsi, hökumətlərarası və digər sənədlərin imzalanması planlaşdırılır”, - Kremlin bəyanatında deyilir.