ER Prezidenti Vahagn Xaçaturyan Hindistan Respublikasının Prezidentinə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
“Müstəqillik əldə etdikdən sonra Hindistan demokratik dövlət quruculuğunda, davamlı iqtisadi artımın və elmin modernləşdirilməsinin təmin edilməsində, müxtəlif sahələrdə tərəqqiyə nail olmaqda təsirli nəticələr əldə edib. Əminəm ki, Hindistanın hazırda beynəlxalq arenadakı məsuliyyətli rolu qlobal sabitliyin və tarazlığın təşviqinə xidmət edəcəkdir.
Ermənistan Hindistanla çoxsahəli əməkdaşlığın ardıcıl inkişafına böyük əhəmiyyət verir.
Ümidvaram ki, ölkələrimiz arasında ümumi dəyərlərə, qarşılıqlı hörmətə və etimada əsaslanan dostluq münasibətləri xalqlarımızın rifahı naminə daha da dərinləşəcək və möhkəmlənəcək”, - mətubda deyilir.