Ermənistan Xarici İşlər Nazirliyi 78-ci Müstəqillik Günü münasibətilə Hindistan hökumətinə və xalqına təbrik məktubu göndərib.
“78-ci Müstəqillik Günü münasibətilə Hindistandakı dostlarımıza ən səmimi təbriklərimizi və xoş arzularımızı göndəririk.
Ermənistan Hindistanla çoxtərəfli əməkdaşlığın dərinləşməsini yüksək qiymətləndirir və ikitərəfli münasibətləri yeni zirvələrə qaldırmağa hazırdır”, - XİN X mikrobloqunda bildirilir.