NATO-nun yarım milyondan çox hərbçisi yüksək hazırlıq vəziyyətindədir. Bu barədə Alyansın hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer PAP agentliyinə bildirib.
“NATO Soyuq Müharibədən bəri ən əhatəli müdafiə planlarını həyata keçirib və alyansın qüvvələri bu planları fəal şəkildə sınaqdan keçirir və təkmilləşdirir. 500 mindən çox hərbçimiz yüksək hazırlıq vəziyyətindədir”.
Müttəfiqlər həmçinin Polşanın zenit və raket əleyhinə müdafiəsinin möhkəmləndirilməsi ilə bağlı razılığa gəliblər.
Admiral bildirib ki, NATO alyansın konkret ölkəsinə, o cümlədən Polşa və ya Baltikyanı ölkələrə qarşı qaçılmaz hərbi hücum təhlükəsini görmür.
Eyni zamanda qeyd edib. “Biz Rusiyanın aqressiv davranışının narahatedici mənzərəsini görürük”.