Hindistanın Müstəqillik Günü münasibəti ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həmin ölkənin xarici işlər naziri Caişankara təbrik məktubu göndərib.
“Müstəqilliyin 78-ci ildönümünü qeyd edən həmkarım və yaxşı dostum Subramanyam Caişankarı və Hindistan xalqını səmimi qəlbdən təbrik edirəm. Bizi sivilizasiya bağları birləşdirir və hazırkı siyasi dialoqumuz ənənəvi gündəmdən kənardadır”, - XİN rəhbəri özünün X mikrobloqunda yazıb.
Hindistanın xarici işlər naziri Mirzoyanın təbrikinə cavab verib, ona təşəkkür edib.