ABŞ çərşənbə günü AXCP sədri Əli Kərimlinin Azərbaycanda təqib olunması ilə bağlı xəbərlərə münasibət bildirib.
Dövlət Departamentinin sözçüsü Turan-a deyib: “Biz vətəndaş cəmiyyətinə və siyasi müxalifət üzvlərinə qarşı davam edən repressiyalardan dərin narahatıq”.
“İfadə azadlığı da daxil olmaqla, insan hüquqlarını və əsas azadlıqlarını həyata keçirənlər təzyiqə məruz qalmamalıdır”, - sözçü qeyd edib.
ABŞ Səfirliyin X Platformasında yaydığı məlumatda deyilir ki, avqustun 14-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Kərimli ilə görüşüb, ona qarşı açılan cinayət işi ilə maraglanıb.
“Səfir Libbi ABŞ-ın demokratiya, insan haqları və əsas azadlıqlara dəstəyini bir daha təsdiqlədi”, – səfirliyin bəyanatında deyilir.