2024-cü ilin 14-15 sentyabr tarixlərində Vayots Dzor bölgəsinin Areni kəndində Areni Şərab zavodunun açıq ərazisində “3-cü Beynəlxalq Sənətkarlıq Festivalı” təşkil olunacaq.
Festivalda Ermənistandan və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 10 ölkəsindən (Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Ukrayna, Şimali Makedoniya) təxminən 40 sənətkar iştirak edəcək.
Festival zamanı Areni icmasında ermənilərin və digər xalqların milli sənətkarlıq nümunələri təqdim olunacaq: xalçaçılıq, tikməçilik,dəmirçilik, zərgərlik və s.
Festival ER icmalarında qeyri-maddi mədəni irsin qorunması və qiymətləndirilməsinə yönəlmiş mühüm təşəbbüsdür.
Xatırladaq ki, “Birinci Beynəlxalq Sənətkarlıq Festivalı” 2022-ci ildə Gyumridə başlayıb. “2-ci Beynəlxalq Sənətkarlıq Festivalı” Dilicanda baş tutub.