Avqustun 13-də ER Bəhreyndəki səfiri Karen Qriqoryan (iqamətgahı: Əbu-Dabi) etimadnaməsini Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə təqdim edib. Bu barədə ER XİN məlumat yayıb.
Kral Əl-Xəlifə səfir Qriqoryanı salamlayaraq, onu vəzifəyə başlaması münasibətilə təbrik edib. ER səfiri Ermənistan və Bəhreyn arasında bütün istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün səy göstərəcəyini vurğulayıb.
Mərasimdən sonra təkbətək söhbət zamanı Kral Əl-Xəlifə səfirə məsul missiyasında uğurlar arzulayıb.