Böyük Britaniyanın baş naziri Key Starmer İran prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı Tehranı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırıb. Bu barədə Böyük Britaniyanın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zaman tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Starmer bütün tərəfləri gərginliyi azaltmağa və gələcək qarşıdurmadan qaçmağa çağırıb.
Böyük Britaniyanın baş naziri qeyd edib ki, müharibə heç kimə sərf etmir. Böyük Britaniyanın baş naziri Qəzza zolağında dərhal atəşkəsə, bütün girovların azad edilməsinə və humanitar yardımın artırılmasına sadiq olduğunu vurğulayıb.
Liderlər həmçinin Böyük Britaniya və İran arasında konstruktiv dialoqun hər iki ölkənin maraqlarına uyğun olduğu barədə razılığa gəliblər. Tərəflər Ukraynadakı vəziyyəti də müzakirə ediblər.