Avqustun 13-də Ermənistan Fond Birjasının (FFB) baş direktoru Hayk Yeqanyan və Abu Dabi Fond Birjası Qrupunun baş direktoru Abdul Salem Al Nuami arasında anlaşma memorandumu imzalanıb.
Bu tərəfdaşlıq vasitəsilə Ermənistan və xüsusilə də Ermənistan Fond Birjası Yaxın Şərq və Avropanın dinamik bazarlarını birləşdirən, qarşılıqlı faydalı maliyyə proqramlarının həyata keçirilməsini asanlaşdıran mühüm körpüyə çevrilməyi hədəfləyir.
Qeyd edək ki, may ayında Əbu-Dabidə keçirilən AIM Konqresi illik investisiya konfransı çərçivəsində Ermənistan Fond Birjasının nümayəndələri Abu Dabi Fond Birjasına dəvət olunmuş. Onlar birjanın funksiyaları, fəaliyyət imkanları ilə tanış olublar. Konfransdan sonra iki fond birjasının mütəxəssisləri arasında təcrübə mübadiləsinə yönəlmiş müxtəlif müzakirələr və görüşlər keçirilib. Bu dda bugünkü anlaşma memorandumunun imzalanmasına zəmin yaradıb.
Tərəflər ümid edirlər ki, əməkdaşlığın bu yeni mərhələsi hər iki birja üçün artım üçün yeni imkanlar və ilkin şərtlər yaradacaq.