Batumidə güclü yağış nəticəsində yaşayış evlərinin zirzəmilərini də su basıb.
Bu barədə Batumi meriyası məlumat verib.
Batumiyə yağan güclü yağış şəhərin müxtəlif yerlərində müəyyən məhdudiyyətlərə səbəb olub. Küçələri, bəzi ünvanlarda isə yaşayış evlərinin zirzəmilərini su basıb. Nəqliyyatın hərəkəti məhdudlaşıb.
Batumi meriyasının müvafiq xidmətinin əməkdaşları indiyədək drenaj quyularında və dənizə gedən kanallarda intensiv təmizlik işləri aparırlar. Bu mərhələdə vəziyyət stabildir.
Meriyanın bütün müvafiq xidmətləri fövqəladə rejimdə işləyir. Batuminin meri Arçil Çikovani hadisə yerindədir" , - məlumatda deyilir.