Yunanıstanda baş verən yanğınlar səbəbindən bir neçə şəhərin sakinləri təxliyə edilib. Hakimiyyət orqanları insanları evdə qalmağa və pəncərələrini bağlamağa çağırıb.
Bazar günü axşamı 400-dən çox yanğınsöndürən Afina yaxınlığında yanğınlarla mübarizə aparıb. Ən azı 8 nəfər xəstəxanaya yerləşdirilib, yanmış binalar barədə məlumat yoxdur.
Qasırğa və güclü külək yanğınsöndürmə işlərini çətinləşdirib. Qərbi Attikada yanğın nəzarət altına alınıb.
Qeyd edək ki, Afinanın şimal-şərqində olan yanğın hələ də davam edir.
Yunanıstanda görünməmiş temperatur yüksəlişi və uzun müddət davam edən quraqlıq vəziyyəti daha da pisləşdirib. Ekoloqlar, vəziyyətin kritik olduğunu, yaxın günlərdə ölkənin böyük bir hissəsinin qırmızı həyəcan vəziyyətində olacağını bildirirlər.