“Regionda vəziyyət ağırdır. Bu gün 28 yaşayış məntəqəsi düşmənin nəzarətinə keçib və biz orada iki minə yaxın insanın taleyindən xəbərsizik”, - deyə Kursk qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov Vladimir Putinin Rusiya güc blokunun nümayəndələri ilə görüşü zamanı bildirib.
Smirnovun sözlərinə görə, 180 min insan təxliyə edilməlidir, lakin hakimiyyət indiyədək 121 min insanı təhlükəli zonadan çıxarıb. Ukrayna silahlı qüvvələrinin hücumları nəticəsində 12 dinc sakin həlak olub, 121 nəfər yaralanıb.
Rusiya güc blokunun nümayəndələri ilə keçirilən görüşdə prezident Vladimir Putin Kiyevin Moskvanın sülh yolu ilə nizamlanma təkliflərini niyə rədd etdiyini açıqlayıb. Dövlət başçısı Ukrayna silahlı qüvvələrinin Kursk vilayətinə hücumlarını Kiyevin gələcəkdə danışıqlarda mövqelərini yaxşılaşdırmaq cəhdi adlandırıb.