Avqustun 12-də Ermənistan Respublikasının Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Suren Bağdasaryan Vyetnamın xarici işlər naziri Bui Than Son ilə görüşüb.
ER-in Vyetnamdakı səfirliyindən verilən məlumata görə, həmsöhbətlər iqtisadi, siyasi, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin gündəliyinin genişləndirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. İkitərəfli münasibətlərin dinamik inkişafı baxımından qarşılıqlı yüksək səviyyəli siyasi səfərlərin əhəmiyyəti vurğulanıb.
Ermənistan tərəfinin “Sülh kəsişməsi” layihəsi çərçivəsində regional əməkdaşlığa dair yanaşmalarını təqdim edən səfir Bağdasaryan Vyetnamla beynəlxalq və regional formatda əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.
Görüş zamanı həmçinin hər iki ölkə vətəndaşları üçün viza rejiminin liberallaşdırılması, turizmin təşviqi, Ermənistan və Vyetnam arasında birbaşa uçuşların təşkili və digər məsələlər müzakirə olunub.