Ukrayna prezidentinin aparatının rəhbəri mümkün Moskva-Kiyev danışıqlarına toxunaraq qeyd edib ki, Rusiya nümayəndələrinin ikinci sülh konfransına dəvət edilməsi danışıqların başlanğıcı kimi şərh edilməməlidir.
Andrey Yermak izah edib ki, konfrans zamanı Ukrayna tərəfi və Kiyevin tərəfdaşları Moskvaya birgə sülh layihəsi təqdim edəcəklər.
Yermak vurğulayıb ki, hazırda Ukraynanın əsas məqsədi qələbədir, bu, ədalətli sülh, ərazi bütövlüyünün bərpası, gələcək hücumlara qarşı təhlükəsizlik təminatlarının təmin edilməsi deməkdir.